Sabahın hava proqnozu AÇIQLANDI

14 5-07-2023, 15:16 Sosial

Sabahın hava proqnozu AÇIQLANDI

Ölkə ərazisində iyulun 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz Balakən-Şəki zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Altv1.info.az

XƏBƏR LENTİ