Hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək

18 7-07-2023, 12:49 Sosial

Hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 16-da məhkəmə hakimləri vəzifəsinə qəbul üçün test imtahanı keçirəcək.
Qurumdan bildirilib ki, imtahan iki növbədə - saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada təşkil ediləcək.
İmtahan DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.
Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınan namizədlər iyulun 7-dən 15-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.


Altv1.info.az

XƏBƏR LENTİ