Cığateldən qəzada həlak olan nəvəsi ilə bağlı paylaşım - FOTO

2 736 24-08-2023, 13:26 Sosial

Cığateldən qəzada həlak olan nəvəsi ilə bağlı paylaşım - FOTO

Xəbər verdiyimiz kimi, şair Cığatel İsaqızının 10 yaşlı nəvəsi Süleyman avtomobil qəzasında dünyasını dəyişib.
Altv1.info.az ın məlumatına görə, şair hadisədən sonra ilk dəfə paylaşım edib. O, nəvəsinin fotosunu paylaşaraq "Könlüm Süleyman istəyir" şeirini yazıb.
Qeyd edək ki, sözügedən hadisə avqustun 6-da Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.



Altv1.info.az

XƏBƏR LENTİ