Bəhruz Əliyev: Ayın cənub bölgəsi barədə məlumatları artıq Hindistandan gözləməliyik

699 28-08-2023, 12:30 Sosial

Bəhruz Əliyev: Ayın cənub bölgəsi barədə məlumatları artıq Hindistandan gözləməliyik

Hindistan təzadlar ölkəsi hesab edilir. Bu gün bu təzadlardan yox, Hindistanın İT, Kosmos və innovasiyalardakı təkidli inkişafının göstəricisi olan növbəti uğurdur.
Bu sözləri Sonxeber.az-a informasiya texnologiyalara üzrə mühəndis ekspert Bəhruz Əliyev deyib.
O bildirib ki, 2019-cu ildəki uğursuzluğuna baxmayaraq, ,Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Chandrayaan proqramı çərçivəsində Chandrayaan-3 eniş aparatı və rover, bu gün, yəni 23 avqust 2023-cü ildə, Ayın cənub qütbünə yaxın bölgəyə enərək, Hindistanı Ayın cənub qütbünə uğurlu eniş edən ilk ölkə və yumşaq eniş edən dördüncü ölkə etdi. Ayın cənub bölgəsi barədə yeni və daha dəqiq məlumatları artıq Hindistandan gözləməliyik.

Altv1.info.az

XƏBƏR LENTİ