Mingəçevirdə ağır yol qəzası: Ölən və yaralananlar var

96 15-09-2023, 11:00 Sosial

Mingəçevirdə ağır yol qəzası: Ölən və yaralananlar var

Sentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində "Lexus" markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, nəticədə avtomobildəki sərnişin, 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.

Altv1.info.az

XƏBƏR LENTİ