İcra hakimiyyəti Səbuhi Əhmədovun təmir işini ləğv etdi - SƏBƏB…

246 19-09-2023, 10:30 Sosial

İcra hakimiyyəti Səbuhi Əhmədovun təmir işini ləğv etdi - SƏBƏB…

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin "Qaradağ, Xətai, Binəqədi, Ağcabədi, Biləsuvar, Şabran rayonlarında və Şirvan şəhərində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərin təmiri işləri" ilə bağlı elan etdiyi tender ləğv edilib.
Altv1.info.az xəbər verir ki, bunun səbəbi Müvafiq icra hakimiyyəti orqanının qərarı əsasındadır. (DSQ 4.1.2, 38.2, 57.3.7.)
Ləğv edilmə mətnində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 11.09.2023-cü il tarixli 3-21-1/2-18171/2023 nömrəli məktubuna əsasən deyə qeyd edilib.
Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. Komitənin Mənzil İstismar departamentinin direktoru Səbuhi Əhmədovdur.

Altv1.info.az

XƏBƏR LENTİ