Xırdalan 7 saylı məktəbdə direktor Zemfira Orucova valideynlərə məcburi forma aldırır:

4 046 21-09-2023, 10:00 Sosial

Xırdalan 7 saylı məktəbdə direktor Zemfira Orucova valideynlərə məcburi forma aldırır:

Xırdalan şəhəri 7 nömrəli tam orta məktəbin valideyn heyəti məktəb direktoru Zemfira Orucovadan şikayətçidir.
Valideynlərin verdiyi məlumata görə, məktəb direktoru Zemfira Orucova onların qarşısında belə bir şərt qoyub ki, formalar məktəbin qəbul etdiyi məktəbli formasına uyğun, direktorun özünün sifariş verdiyi dükanda satılan formalar olmalıdır: "Məktəb direktoru başqa yerdən alınan forma ilə məktəbə gələn uşaqların dərsə buraxılmayacağını, onlara dərsliklər verilməyəcəyini deyib. İndidən valideynlərə müxtəlif təzyiqlər göstərir". Valideynlər qiyməti 137 manat olan bu formaların keyfiyyətsiz materialdan tikilməsindən də narazılıq edirlər.
Məsələ ilə bağlı Abşeron Rayon Təhsil İdarəsindən bildirdilər ki, faktla bağlı araşdırma aparılır və yaxın zamanda məlumat veriləcək.

Altv1.info.az

XƏBƏR LENTİ