İmişlidə 27 Sentyabr - Anım Günü qeyd olundu - Fotolar

2 891 28-09-2023, 09:20 Sosial

İmişlidə 27 Sentyabr - Anım Günü qeyd olundu - Fotolar

Ötən gün İmişli rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü qeyd olunub.
Altv1.info.az xəbər verir ki, Şəhidlər xiyabanında baş tutan tədbirdə şəhid ailələri, İmişli RİH başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, rayon ictimaiyyəti və sakinlər iştirak ediblər.
İştirakçılar əvvəlcə şəhidlərimizin məzarlarına, sonra “Şəhidlər” abidəsinin, həmçinin Qələbə abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyublar. Tədbir başlamamışdan öncə Dövlət Himnimiz səsləndirilib və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən icra başçısı Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə Anım Gününün qeyd olunmasının şəhidlərimizə göstərilən diqqət və qayğısının bariz nümunəsi olduğunu iştirakçıların nəzərinə çatdırıb.
Tədbir saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə yekunlaşıb.







Altv1.info.az

XƏBƏR LENTİ