İmişli yollarında tikinti və yenidənqurma işlərinə start verilib - Fotolar

15 4-10-2023, 10:00 Sosial

İmişli yollarında tikinti və yenidənqurma işlərinə start verilib - Fotolar

İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması artıq ənənə halını alıb. Belə ki, sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yolun asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu.
Altv1.info.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində İmişli şəhərinin kompakt yaşayış massivlərində gediş-gəlişin çox olduğu nəzərə alınaraq Q.İsmayılzadə, R.Bağırov, C.Nəsirov, İ.Bayramov və Q.Əliyev küçələrinin avtomobil yollarında əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilib. Aparılan işlər zamanı yolun hərəkət hissələrinə yararlı qrunt tökülüb, xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yataqları inşa edilib.Yol yataqları hazır olduqdan sonra qırmadaş layı döşənərək yeni yol əsaslarının tikintisi aparılıb.Torpaq işləri yekunlaşdıqdan sonra "İnşaat Norma və Qaydaları"na əsasən yollara lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib.
Beləliklə, avtomobil yollarında avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılıb. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib.
Xatırladaq ki, bu tədbirlərin icrası sözügedən ərazilərdə yaşayan əhalinin rahatlığını təmin edir və görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır.


Altv1.info.az

XƏBƏR LENTİ